• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Kitablar
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Kitablar
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb

Gündəm / Siyasət

8-12-2025, 20:40


Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Beshertv.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı diqqətə çatdırılıb ki, cari ildə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərləri, eləcə də digər yüksək səviyyəli qarşılıqlı səfər və görüşlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir və ölkələrarası əməkdaşlıq gündəliyinin xeyli zəngin olmasını göstərir.

Qeyd olunub ki, ölkələrimiz arasında həm siyasi-iqtisadi, ticarət və nəqliyyat sahələrində, həmçinin mədəni-humanitar sahələrdə əlaqələrin möhkəmlənməsi və əməkdaşlıq imkanlarının genişlənməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və həyata keçirilən birgə layihələr böyük əhəmiyyət kəsb edir.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Sahibə Qafarova İran İslam Respublikasına səfərini məmnuniyyətlə xatırladaraq, səfər zamanı keçirilən görüşlərin parlamentlərimiz arasında münasibətlərə müsbət töhfə verdiyini bildirib.


Milli Məclisin sədri həm ikitərəfli əsasda, həm də Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi mötəbər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu əlaqələrin daha da genişləndirilməsi üzrə birgə səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Bu mənada, parlamentlərdə fəaliyyət göstərən işçi qrupların rolunun gücləndirilməsinin vacibliyi də qeyd olunub.

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında sıx siyasi dialoqun olduğunu bildirdi. Qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşərək, görüşün səmimi və konstruktiv mühitdə keçirildiyini qeyd edib. O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirərək, iki xalq arasında, həmçinin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-11-2025, 21:20

Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir

Gündəm / Siyasət

21-11-2025, 13:45

Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb

Gündəm / Siyasət

18-11-2025, 21:12

Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib

Gündəm / Siyasət

11-11-2025, 12:40

Bakıdakı Hərbi parad dünya mediasında - FOTOLAR

Cəmiyyət

15-10-2025, 20:30

Xəzər hövzəsi uğrunda savaş qızışır (ŞƏRH)

Araşdırma
Hadisə
12-11-2025, 14:02
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
10-11-2025, 11:15
Bakı-Qazax yolundakı tıxacla bağlı rəsmi açıqlama
Son xəbərlər
  • 2-02-2026, 23:30
    Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
  • 2-02-2026, 23:26
    Prezident İlham Əliyev Azərbaycan gənclərini təbrik edib
  • 24-01-2026, 10:19
    Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
  • 19-01-2026, 20:11
    Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
  • 9-01-2026, 15:31
    TƏQAÜDDƏ OLAN KEÇMİŞ DYP. ƏMƏKDAŞI NATİQ ƏLİYEVİN MÜRACİƏTİ.
  • 9-01-2026, 13:39
    Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
  • 9-01-2026, 13:34
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti başa çatıb
  • 1-01-2026, 23:08
    Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib - FOTO
  • 24-12-2025, 09:26
    Dövlət Başçısına Doğum Günü Təbriki.
  • 21-12-2025, 22:14
    Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
  • 18-12-2025, 20:52
    AzMİU-nun əməkdaşları təltif edilib - SƏRƏNCAM
  • 15-12-2025, 21:03
    Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi
  • 15-12-2025, 20:59
    Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb
  • 12-12-2025, 18:07
    Heydər Əliyev: Bir Millətin Ucalığı
  • 12-12-2025, 17:55
    Sizcə Heydər Əliyevin ən çox yadda qalan kəlamı hansıdır? - ŞƏHƏRDƏ SORĞU
  • 8-12-2025, 20:40
    Milli Məclisin sədri Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşüb
  • 5-12-2025, 11:19
    Prezident: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların mədəni irsini zaman-zaman məhv etmişdir
  • 1-12-2025, 20:59
    Bakıda Rumıniyanın milli bayramı – Böyük Birlik Günü qeyd olunub - FOTO
  • 30-11-2025, 21:20
    Nazir müavini: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə vacib töhfə verir
  • 29-11-2025, 12:59
    Aİ Azərbaycanla yeni Saziş üzrə müzakirələrin çox tez zamanda nəticə verəcəyinə ümid edir
  • 26-11-2025, 20:39
    ABŞ diplomatı Gürcüstanın maliyyə naziri ilə TRIPP layihəsini müzakirə edib
  • 26-11-2025, 15:19
    Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM
  • 22-11-2025, 20:59
    Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 21-11-2025, 13:45
    Prezidentin III Bakı Təhlükəsizlik Forumuna müraciəti və tədbirin Bəyannaməsi BMT sənədləri kimi yayılıb
  • 19-11-2025, 15:17
    Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi başlayıb
  • 18-11-2025, 21:12
    Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
  • 15-11-2025, 18:18
    Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
  • 14-11-2025, 20:35
    Əli Əsədov AİB prezidenti ilə görüşüb, infrastruktur layihələri müzakirə olunub
  • 12-11-2025, 15:57
    Prezident: Bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir
  • 12-11-2025, 14:02
    Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri: ilkin məlumatlar və müşahidələr konspiroloji iddiaları istisna edir - EKSKLÜZİV
  • 11-11-2025, 12:40
    Bakıdakı Hərbi parad dünya mediasında - FOTOLAR
  • 10-11-2025, 19:00
    “Akıncı”nın gözündə Bakı… – Video
  • 10-11-2025, 15:50
    II Qarabağ müharibəsinin bitməsindən 5 il ötür
  • 10-11-2025, 15:31
    Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan
  • 10-11-2025, 11:29
    Əziz Sancar Azərbaycan xalqını təbrik etdi - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Sayt Media İnkişaf Agentliyində qeydiyyatdan keçmişdir.
  • Şəhadətnamə nömrəsi: 50/50822.
  • Direktor və təsisçi: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Rahib Məmmədov.
  • E-mail: beshertv.az@gmail.com
  • Telefon: (+99450) 538 71 12
Müəllif hüquqları qorunur. Beshertv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə